Emin Mahmudov: "Rusiya çempionatı bizimkindən çox üstündür"

Emin Mahmudov: "Rusiya çempionatı bizimkindən çox üstündür" Bu qarşılaşmada çox yaxşı nəticə qazandıq. İlk 10-15 dəqiqədə çox top itirməyə başladıq.
Futbol
19 İyul , 2019 01:36
Emin Mahmudov: Rusiya çempionatı bizimkindən çox üstündür

"Bu qarşılaşmada çox yaxşı nəticə qazandıq. İlk 10-15 dəqiqədə çox top itirməyə başladıq".

"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Emin Mahmudov Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Moldova "Sperantsa"sını 6:0 (ilk oyun 3:0) hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.

27 yaşlı yarımmüdafiəçi ev tapşırıqlarını matçda yaxşı yerinə yetirdiklərini vurğulayıb.

O, növbəti mərhələdə qarşılaşacaqları Rusiya "Arsenal"ı barədə də danışıb:

"Həmin görüşlərdə daha çox qaçmalı olacağıq. Bu görüşlərə daha çox köklənməliyik. Çünki onlar başqa səviyyədir. Rusiya komandaları daha çox mübarizə aparırlar. Ona görə də bundan da yaxşı oynamaq lazımdır".

Mahmudov 6:0 hesablı qələbə ilə "Sperantsa"nın baş məşqçisi Kristian Efrosa cavab verdiklərini deyib:

"Ona yaxşı cavab verdik. Bizim üçün əsas qələbə idi. Komandamızın bütün oyunlarda şansı var. Çalışacağıq ki, "Arsenal"a qarşı daha aqressiv, inamlı oynayaq və qələbə qazanaq. Rusiya çempionatı bizimkindən çox üstündür. Amma bizim də şansımız mövcuddur. Futbolda hər şey olur. Onlarla bacarmaq olar. Çalışacağıq ki, qələbə qazanaq".

Son xəbərlər

Orphus sistemi