Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi" "İlk hissədə daha yaxşı, aqressiv oynadıq. Rəqibi əks hücumlarda tutduq. Rəqib ikinci yarıda oynamağa imkan vermədi".
Futbol
1 Oktyabr , 2022 21:14
Emin Mahmudov: Qarabağ ikinci hissədə oynamağa imkan vermədi

"İlk hissədə daha yaxşı, aqressiv oynadıq. Rəqibi əks hücumlarda tutduq. Rəqib ikinci yarıda oynamağa imkan vermədi".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov səfərdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqlar Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi fasilədən sonra çoxsaylı top itkilərinə yol verdiklərini bildirib: "Nəticədə müdafiədə oturmağa məcbur olduq. Maraqlı görüş oldu. Rəqib şanslardan istifadə etdiyi üçün qalib gəldi".

O, "Qarabağ"ın ikinci hissədə "Neftçi"nin futbolçularını çox yaxşı zərərsizləşdirdiyini söyləyib: "Aqressiv oynamağa və bizi sıxmağa başladılar. Hücuma çıxmaqda çətinlik çəkirdik. Əks hücuma keçmək istəyəndə isə topu itirirdik".

Təcrübəli oyunçu bəzi epizodlarda futbolçular arasındakı gərginliyə də toxunub: "Futbolda aqressiyanın olması normaldır. Meydanda baş verənlər orada da qalır".

Mahmudovun sözlərinə görə, Laurentsiu Regekampfın gəlişindən sonra nəyin dəyişdiyini demək əvvəlki baş məşqçiyə haqsızlıq olar: "Bundan öncə də pis oynamırdıq, indi də. Regekampf da bizə kömək edir ki, daha yaxşı olaq".

Futbolçu bu məğlubiyyətin çempionluğun taleyini həll etməsi fikri ilə razılaşmayb: "Düzdür, rəqib bu qələbədən sonra turnir cədvəlində bizdən önə keçdi. Başımızı aşağı salmalı deyilik. Qarşıda çox oyun var. Növbəti turlarda qalib gəlməyə çalışmalıyq".

Son xəbərlər

Orphus sistemi