Futbolçunun təyyarə qəzasında ölümü ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Futbolçunun təyyarə qəzasında ölümü ilə bağlı yeni təfərrüatlar üzə çıxıb Argentinalı futbolçu Emiliano Salanın təyyarə qəzası zamanı ölümü ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Futbol
30 Mart , 2019 15:10
Futbolçunun təyyarə qəzasında ölümü ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Argentinalı futbolçu Emiliano Salanın təyyarə qəzası zamanı ölümü ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, pilot Devid İbbotsonun daltonik olduğu - rəngləri seçə bilmədiyi müəyyənləşib. Aviasiya qaydalarına əsasən, bu cür pilotlara sutkanın qaranlıq vaxtı təyyarə idarə etməyə icazə verilmir. Həmçinin pilotun kommersiya reysləri həyata keçirmək üçün lisenziyasının olmadığı bilinib.

Qeyd edək ki, E.Sala qış transfer dövründə 15 milyon funt sterlinq qarşılığında Fransa “Nant”ından İngiltərə Premyer Liqasında çıxış edən Uelsin “Kardiff Siti” klubuna keçib. Klub tarixində ən bahalı transfer olan fovard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysi ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl təyyarə radardan itib və daha sonra La Manş boğazından tapılıb. Ardınca futbolçunun meyiti aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi