​Emil Balayev: "Ayntraxt"da ikinci qapıçı olmaq şansım var"

​Emil Balayev: "Ayntraxt"da ikinci qapıçı olmaq şansım var" "Darıxmağa vaxtım olmur"
Futbol
29 Mart , 2015 11:10
​Emil Balayev: Ayntraxtda ikinci qapıçı olmaq şansım var

Bakı. 29 mart. REPORT.AZ/ "Bakı üçün darıxmıram. "Ayntraxt"da məşqlər çox olur. Gündə iki dəfə məşqdə oluruq. Heç darıxmağa vaxt da olmur". "Report"un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayev deyib.

20 yaşlı əlcək sahibi komandada əsas heyətə düşməməsinin səbəbini də açıqlayıb. Azərbaycanlı qolkiper bunun üçün Frankfurt təmsilçisinin ikinci qapıçısı Feliks Vidvaldın getməsini gözlədiyini bildirib: "Kevin Trapp həm komandanın əsas qapıçısı, həm də kapitanıdır. İkinci qapıçı isə Feliks Vidvaddır. Almaniya mətbuatı bildirir ki, o qapıçı yayda "Verder"ə keçməlidir. Ona görə də mənim ikinci qapıçı olmaq şansım var. Bundan sonra isə hər şey özümdən asılı olacaq".

Azərbaycan millisinə dəvət alan Balayev həmkarı Kamran Ağayevdən də söz açıb. Onun sözlərinə görə, Ağayevi əvəzləmək o qədər də asan deyil: "Kamranın göstərdiyi oyun göz qabağındadır. Elə Malta ilə qarşılaşmada etdiyi qurtarışlar demək olar ki, oyunun taleyini həll etdi. Üstəlik, onun beynəlxalq oyun təcrübəsi çoxdur. Mənim 20 yaşım var və Kamran qədər beynəlxalq oyun təcrübəm yoxdur".

Son xəbərlər

Orphus sistemi