Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə seçkidə rəqibləri müəyyənləşib

Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə seçkidə rəqibləri müəyyənləşib Onların sırasına türk və qazax namizəd də var
Futbol
9 Fevral , 2017 21:52
Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə seçkidə rəqibləri müəyyənləşib

Bakı. 9 fevral. REPORT.AZ/ UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədlərin yekun siyahısı müəyyənləşib.

"Report"un məlumatına görə, UEFA-nın aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək konqresində İcraiyyə Komitəsinə seçilmək uğrunda 8 yer üçün 13 namizəd mübarizə aparacaq.

AFFA-nın baş katibi Elxan Məmmədovun da daxil olduğu namizədlərin siyahısı belədir:

Zbiqnev Bonek (Polşa), Kayrat Boranbayev (Qazaxıstan), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Devid Gill (İngiltərə), Raynhard Qrindel (Almaniya), Marios Lefkaritis (Kipr), Elxan Məmmədov (Azərbaycan), Karl-Erik Nilsson (İsveç), Kiran O Konnor (Uels), Miçele Uva (İtaliya), Mixael van Praaq (Hollandiya), Servet Yardımcı (Türkiyə).

Son xəbərlər

Orphus sistemi