Elxan Məmmədov Uels yığmasına uğurlar arzuladı

Elxan Məmmədov Uels yığmasına uğurlar arzuladı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels Futbol Assosiasiyasının prezidenti Kiran O Konnorla görüşüb.
Futbol
11 İyun , 2021 19:06
Elxan Məmmədov Uels yığmasına uğurlar arzuladı

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels Futbol Assosiasiyasının prezidenti Kiran O Konnorla görüşüb.

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, görüş Bakı Olimpiya Stadionunda gerçəkləşib.

E.Məmmədov AVRO-2020-də iştirak etmək üçün Bakıya gələn Uels milli komandasını və nümayəndə heyətini salamlayıb və uğurlar arzulayıb.

Konnor səmimi görüşə və xoş arzulara görə minnətdarlığını bildirib, təşkilati işlərdən razılığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi