Elxan Məmmədov: "Superliqa ideyası futbol dəyərlərimizi məhv edir"

Elxan Məmmədov: "Superliqa ideyası futbol dəyərlərimizi məhv edir" "Bu cür ideya futbol dəyərlərimizi məhv edir. UEFA gənclər, qadın və əlil futbolunun inkişafına böyük vəsait ayırır".
Futbol
12 İyun , 2021 10:44
Elxan Məmmədov: Superliqa ideyası futbol dəyərlərimizi məhv edir
Elxan Məmmədov

"Bu cür ideya futbol dəyərlərimizi məhv edir. UEFA gənclər, qadın və əlil futbolunun inkişafına böyük vəsait ayırır".

"Report"un məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "insideworldfootball.com" saytına açıqlamasında Avropa Super Liqası barədə danışarkən deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, bütün maraqlı tərəflər futbol oynaya bilməlidirlər: "Bazar ertəsi səhər oyanıb strategiya olmadan cəmi 4 milyard ABŞ dollarına Superliqa yarada bilmərik".

AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına da toxunan Məmmədov bunun bütün region üçün futbol bayramı olacağını söyləyib: "Düzdür, pandemiya planları bir az dəyişdi. Amma istərdik ki, Bakıdakı atmosfer qonşularımıza da müsbıət təsir etsin, belə bir turnirə ev sahibliyi etdiyimiz üçün keçirdiyimiz qürur hissini paylaşsınlar. 15 aylıq pandemiyadan sonra ən vacib mesaj geri normal həyata qayıtmağımızdır. Bu, yalnız bizə deyil, digər ölkələr üçün də ümiddir. Fürsətdən istifadə etməliyik".

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi