Elxan Məmmədov: "Premyer Liqada 10 komandanın olmasını planlaşdırırıq"

Elxan Məmmədov: "Premyer Liqada 10 komandanın olmasını planlaşdırırıq" "Kəpəz"in Premyer Liqada iştirak etməsini istəyirik. Çünki elitada bu komanda çatmır".
Futbol
949
18 Noyabr , 2021 22:56
Elxan Məmmədov: Premyer Liqada 10 komandanın olmasını planlaşdırırıq

"Kəpəz"in Premyer Liqada iştirak etməsini istəyirik. Çünki elitada bu komanda çatmır".

"Report"un məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncəyə səfəri zamanı I Divizion təmsilçisi "Kəpəz"in Premyer Liqada çıxış edəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirərkən deyib.

Funksioner bildirib ki, 2022/2023 mövsümündən elitada 10 klubun iştirakını planlaşdırırlar: "Ümid edirəm ki, "Kəpəz" də həmin komandaların arasında olacaq".

E.Məmmədov Gəncədə yaradılacaq futbol akademiyasının gələn ilin sonunda hazır olacağını söyləyib: "Bu ilin sonunadək inşaat işləri başlanacaq. AFFA ötən il UEFA və FIFA-nın dəstəyi ilə Tovuzda futbol akademiyası inşa etdi. Akademiya artıq çox səmərəli fəaliyyət göstərir. İnanıram ki, Gəncədə də bu cür akademiya istifadəyə veriləcək".

Milli assosiasiyanın vitse-prezidentinin sözlərinə görə, akademiya ərazisində əlavə 2 meydança inşa ediləcək: "Uzaq yoldan gələn uşaqların qalmaları üçün akademiyada yataqxana, həmçinin yemakxana, konfrans və dərs otaqları da olacaq. Uşaqlar formalarla təmin ediləcəklər".

"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu ilə bağlı məsələyə də toxunan E.Məmmədov arenanın Dövlət Proqramına salındığını və yaxın gələcəkdə işlərə başlanacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi