Elxan Məmmədov: "Komanda sayı artsa, mübarizə əzmini saxlamaq vacibdir"

Elxan Məmmədov: "Komanda sayı artsa, mübarizə əzmini saxlamaq vacibdir" "Həftəsonu istər televiziya vasitəsilə, istərsə də stadionda Azərbaycan Premyer Liqasının oyunlarını izlədim"
Futbol
14 Fevral , 2021 19:17
Elxan Məmmədov: Komanda sayı artsa, mübarizə əzmini saxlamaq vacibdir
Elxan Məmmədov

"Həftəsonu istər televiziya vasitəsilə, istərsə də stadionda Azərbaycan Premyer Liqasının oyunlarını izlədim".

"Report" xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O bildirib ki, çempionatdakı hər xalın böyük əhəmiyyəti var: "8 komandalı çempionat həm də o deməkdir ki, heç bir komandaya arxayınlaşmaq olmaz, hər oyun mübarizədir, hər xalın böyük əhəmiyyəti var. Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub-saxlamaq vacibdir".

Son xəbərlər

Orphus sistemi