Elxan Məmmədov: "Azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək"

Elxan Məmmədov: "Azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək" "Bizim Türkiyə ilə köklərimiz birdir. Demək olar ki, eyni dilimiz var. Bu səbəbdən bir-birimizi başa düşürük. Bugünkü matçda azərbaycanlı yerli azarkeşlər Türkiyəyə böyük dəstək verəcək. Türkiyəli azarkeşlər üçün Bakıya səyahət etmək asandır".
Futbol
16 İyun , 2021 09:29
Elxan Məmmədov: Azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək
Elxan Məmmədov

"Bizim Türkiyə ilə köklərimiz birdir. Demək olar ki, eyni dilimiz var. Bu səbəbdən bir-birimizi başa düşürük. Bugünkü matçda azərbaycanlı yerli azarkeşlər Türkiyəyə böyük dəstək verəcək. Türkiyəli fanatlar üçün Bakıya səyahət etmək asandır, çünki birbaşa uçuşlar var".

"Report"un məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa çempionatının A qrupunun Uels - Türkiyə oyunu barədə AFP-yə açıqlamasında bildirib.

Funksioner Türkiyə və Azərbaycan xalqlarının qardaş olduğunu söyləyib: "Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın zəfərini qeyd etmək üçün burada olması iki ölkə arasındakı güclü əlaqələri göstərir. Bu, iki ölkə arasında qardaşlığın daha bir sübutudur. AFFA və Türkiyə Futbol Federasiyası AVRO-2020-nin püşkatması zamanı da Türkiyə yığmasının oyunlarının Bakıya düşməsinə çox sevinib".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə görüşü saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.

Son xəbərlər

Orphus sistemi