Elmar Baxşıyev: "Qələbə olmayanda soyuqqanlılıq da itir"

Elmar Baxşıyev: "Qələbə olmayanda soyuqqanlılıq da itir" "Komandanı həm məşqlərə, həm də oyuna hazırlamaq bir az çətin olur. Çünki biz də daxil olmaqla hamının bütün fikri Qarabağdadır. Hər dəqiqə dualarımız, düşüncələrimiz əsgərlərimizin yanındadır. İnanırıq ki, Ordumuz millətimizi sevindirib, layiqli torpaqla
Futbol
31 Oktyabr , 2020 18:05
Elmar Baxşıyev: Qələbə olmayanda soyuqqanlılıq da itir
Elmar Baxşıyev

"Komandanı həm məşqlərə, həm də oyuna hazırlamaq bir az çətin olur. Çünki biz də daxil olmaqla hamının bütün fikri Qarabağdadır. Hər dəqiqə dualarımız, düşüncələrimiz əsgərlərimizin yanındadır. İnanırıq ki, Ordumuz millətimizi sevindirib, layiqli torpaqlarımızı qaytaracaq".

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının VIII turunda evdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komandası ilk turdan çox keyfiyyətli oyun göstərir: "Çalışırdıq ki, hücumda yaxşı futbol sərgiləyək. Sadəcə qələbə çatmırdı. Bu gün fərdi oyunçularla deyil, komanda şəklində məzmunlu oynayıb qalib gəldik. Heyəti son anda gücləndirə bildik. Yeni oyunçular gec, bəziləri II-III turda sıralarımıza qoşuldu. Futbolda oyunçulara uyğunlaşmaq üçün vaxt lazımdır. Biz məşqlərdə görürdük ki, komanda hansısa komponentdə daha da yaxşılaşır".

Baş məşqçi futbolçuların çıxışından razı qaldığını söyləyib: "Hücumda oynamağa çalışırıq. Hər oyunda 4-5 qol şansımız olur. Lakin dəyərləndirə bilmirdik. Qələbə olmayanda soyuqqanlılıq da itir. Bu gün layiqli qələbə qazandıq. İnanıram ki, daha yaxşı olacaq".

Baxşıyev oyunun gedişində zədələnən kapitan Anar Nəzirovun durumuna da toxunub: "Əvəzlənən qapıçımız Anar Nəzirov dizində ağrılar hiss etdi. MRT müayinəsindən sonra durumunu dəqiq biləcəyik. Qapıçılar arasında fərq qoymuruq. Anar daha təcrübəlidir. Tərlan Əhmədli də onu əvəz edə biləcək qolkiperdir”.

Son xəbərlər

Orphus sistemi