Elmar Baxşıyev: "Çempionatdakı ən zəif oyunumuzu oynadıq"

Elmar Baxşıyev: "Çempionatdakı ən zəif oyunumuzu oynadıq" "Çempionatdakı ən zəif oyunumuzu oynadıq".
Futbol
10 Aprel , 2022 22:41
Elmar Baxşıyev: Çempionatdakı ən zəif oyunumuzu oynadıq

"Çempionatdakı ən zəif oyunumuzu oynadıq".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Səbail"ə 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXII tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis görüşün ağır keçəcəyini əvvəlcədən proqnozlaşdırdıqlarını söyləyib: "Zədəsini yenicə sağaltmış futbolçularımız var ki, bu gün onları riskə atdıq. Şükürlər olsun ki, oyunu sağ-salamat başa vurdular".

O,optimal heyəti qura bilmədiklərini söyləyib: "Cəzalı və zədəli futbolçularımız var. Bura kimi gəlmişik. Bundan sonra şansımızı əldən vermək fikrimiz yoxdur. Əlbəttə, çətindir. Qarşıda ən azı 2 kubok və 6 çempionat oyunu var. İnanıram ki, komandam əlindən gələnin ən yaxşısını edib sonadək mübarizə aparacaq".

Baxşıyev bildirib ki, müqavilə yeniləməyin bugünkü oyuna heç bir təsiri yoxdur: "Bu, rəhbərliyin təklifi və qərarıdır. Çempionatda zəif rəqib yoxdur. Hər bir komanda digərindən xal ala bilər. Heyət baxımından sıxıntımız olduğu üçün oyun ağır alındı. Komandanın uğursuzluq zolağına düşməsi fikri ilə razılaşmıram. Futbolçularıma inanıram. Onlar bu durumdan çıxacaq xarakterə və gücə sahibdirlər".

Baş məşqçi həm hücumda, həm də müdafiədə yaxşı oynamadıqlarını etiraf edib: "Futbolçuları fərdi qaydada vurğulamazdım. "Səbail" həmin komandadır ki, öz meydanında "Qarabağ"a da qalib gəlib. Başımızı aşağı salmaq fikrində deyilik. Apreldə bizi ağır qrafik gözləyir. Heyət geniş olmalıdır ki, həm çempionatda, həm də çempionatda oynayasan. Amma kədərlənmək vaxtı deyil".

Son xəbərlər

Orphus sistemi