Əliyar Ağayevin atası: "O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın"

Əliyar Ağayevin atası: "O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın" "O, özünə qarşı çox tələbkar olmalıdır ki, daha yaxşı təyinatlar alsın"
Futbol
3 Noyabr , 2022 11:31
Əliyar Ağayevin atası: O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın

"O, özünə qarşı çox tələbkar olmalıdır ki, daha yaxşı təyinatlar alsın"

Bunu "Report"a açıqlamasında Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup oyununa təyinat alan və Danimarkada "Kopenhagen"lə Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçirilmiş görüşü idarə edən Əliyar Ağayevin atası, sabiq hakim Kərim Ağayev deyib.

O, 35 yaşlı FIFA referisinin gələcək karyerasının özündən asılı olduğunu bildirib: "Bu təyinat daha əvvəl də gerçəkləşə bilərdi. Amma Allaha şükürlər olsun ki, gec də olsa, baş tutdu".

Daha əvvəl hakim-inspektor və AFFA nümayəndəsi kimi Premyer Liqa matçlarına təyinat almış Kərim Ağayev hazırda qürurverici hisslər keçirdiyini söyləyib: "Bir ata kimi çox sevinirəm. Əliyar neçə illər əziyyət çəkib, indi də onun bəhrəsini görür. O, dünən də çox yaxşı oyun idarə etdi. Hamımız sürətli, dinamik qarşılaşma izlədik".

Beynəlxalq dərəcəli sabiq ədalət təmsilçisi oğlu üçün arzularından da bəhs edib: "Diləyim Əliyar Ağayevi Avropa və dünya çempionatlarının final mərhələsində görməkdir. Bunu çox istəyirik".

Qeyd edək ki, "Kopenhagen" - "Borussiya" görüşü 1:1 hesabı ilə yekunlaşıb. Ağayev matçda 4 dəfə əlini cibinə atıb. O, meydan sahiblərindən Denis Vavro və Lukas Leragerə, qonaqlardan isə Antonio Modesto ilə Emre Cana sarı vərəqə göstərib.

Son xəbərlər

Orphus sistemi