Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Futbol
9 Avqust , 2021 09:49
Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb
Əliyar Ağayev

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

"Report"un məlumatına görə, o, Lüksemburqun "Fola Eş" və Şimali İrlandiyanın "Linfild" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Fola Eş" - "Linfild" qarşılaşması Bakı vaxtı ilə 21:30-da başlayacaq. İlk oyunda Lüksemburq təmsilçisi qələbə qazanıb - 2:1.

Son xəbərlər

Orphus sistemi