Əliyar Ağayev ilk dəfə UEFA Millətlər Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev ilk dəfə UEFA Millətlər Liqasının oyununa təyinat alıb Azərbaycanlı referi Danimarka – İrlandiya qarşılaşmasını idarə edəcək
Futbol
125
16 Noyabr , 2018 13:19
Əliyar Ağayev ilk dəfə UEFA Millətlər Liqasının oyununa təyinat alıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanlı FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Millətlər Liqasının oyununa təyinat alıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, 31 yaşlı baş hakim B Liqasının IV qrupunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal ZeynalovRza Məmmədov yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim HəsənovOrxan Məmmədov olacaq.

Qeyd edək ki, noyabrın 19-da Orxus şəhərindəki "Ceres Park" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi