Əliyar Ağayev Çempionlar Liqasında növbəti oyuna təyinat alıb

Əliyar Ağayev Çempionlar Liqasında növbəti oyuna təyinat alıb Azərbaycanlı FİFA referisi "Styaua" - "Viktoriya" matçını idarə edəcək
Futbol
21 İyul , 2017 17:05
Əliyar Ağayev Çempionlar Liqasında növbəti oyuna təyinat alıb

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında daha bir oyuna təyinat alıb.

"Report"un məlumatına görə, Ağayev III təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Styaua” və Çexiyanın “Viktoriya” komandaları arasında keçiriləcək oyuna baş hakim təyin olunub.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 25-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi