"Liverpul"un əfsanəsi 62 yaşında öldü

"Liverpul"un əfsanəsi 62 yaşında öldü İrlandiya millisinin və İngiltərənin Liverpul komandasının əfsanələrindən olan Maykl Robinson dünyasını dəyişib.
Futbol
28 Aprel , 2020 16:13
Liverpulun əfsanəsi 62 yaşında öldü

İrlandiya millisinin və İngiltərənin "Liverpul" komandasının əfsanələrindən olan Maykl Robinson dünyasını dəyişib.

"Report" Mersisayd klubunun rəsmi saytına istinadən xəbər verir ki, veteran hücumçu 62 yaşında vəfat edib. Onun ölümünə xərçəng şişi səbəb olub. 

Qeyd edək ki, o, karyerası ərzində İngiltərənin "Preston Nort-End" (1975 - 1979), "Mançester Siti" (1979 - 1980), "Brayton" (1980 - 1983), "Liverpul" (1983 - 1984), "Kuinz Park-Reyncers" (1984 - 1986) və İspaniyanın "Osasuna" (1986 - 1989) klublarının formasını geyinib. Robinson İrlandiya yığmasında 26 oyuna 6 qol vurub.

Son xəbərlər

Orphus sistemi