Əfran İsmayılov: "Test müsbət çıxıb, amma yaxşıyam, yeyib-içirəm"
Futbol
- 23 noyabr, 2020
- 09:33
"İlk testim müsbət çıxdı. Bu gün, ya sabah növbəti dəfə analiz götürəcəklər. İkinci testin nəticəsi bəlli olanadək məşqlərdə iştirak etməyəcəyəm".
Bu fikirləri "Report"a açıqlamasında "Səbail" klubunun futbolçusu Əfran İsmayılov koronavirusa yoluxması barədə danışarkən deyib.
32 yaşlı yarımmüdafiəçisi xəstəliyin heç bir sipmtomunu hiss etmədiyini bildirib: "Virusa necə yoluxduğumu bilmirəm. Amma onu deyim ki, heç bir narahatlıq hiss etmirəm. Rahat oturmuşam, yeyib-içirəm, evin içində gəzib-dolanıram. Hər hansı əlamət olsa idi, deyərdim ki, belim, başım ağrıyır, qızdırmam var. Məndə bunların heç biri yoxdur. Test necə müsbət çıxa bilər, baş açmıram".
Qeyd edək ki, "Səbail"də son olaraq 4 futbolçunun koronavirus testi müsbət nəticə verib.
Son xəbərlər
21:51
Bastrıkinin sinizmi və ya Qroznı üzərindəki buludlarda gizlənən həqiqət
Analitika21:50
"Milan" Rafael Leaunun maaşını artıraraq komandada saxlamaq niyyətindədir
Futbol21:35
Foto
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib, tablolarda "dumanlı hava" işarəsi qoyulub
Ekologiya21:33
"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb
Digər ölkələr21:22
Çempionlar Liqasında "Qarabağ"a iki qol vuran futbolçu Yunanıstan klubuna transfer olunub
Futbol21:15
Braziliyanın həbsdəki sabiq prezidenti Bolsonaru yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilib
Digər ölkələr21:01
Foto
Çin agentliyi Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən yazıb
Media20:57
DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Ekologiya20:56