Əfran İsmayılov "Qarabağ" klubu ilə yollarını ayırdığını təsdiqləyib

Əfran İsmayılov "Qarabağ" klubu ilə yollarını ayırdığını təsdiqləyib Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov Qarabağ klubu ilə yollarını ayırıb.
Futbol
16 May , 2018 14:53
Əfran İsmayılov Qarabağ klubu ilə yollarını ayırdığını təsdiqləyib
Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov / Report
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov "Qarabağ" klubu ilə yollarını ayırıb. 

Bu barədə "Report"a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. İsmayılov başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: "Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm". 

Qeyd edək ki, Əfran İsmayılov 2015-ci ilin iyulundan "Qarabağ"da çıxış edirdi. O, 2009 - 2013-cü illərdə də Ağdam komandasının formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi