Edin Ceko II Bundesliqa tarixinin ən yaşlı qol müəllifi olub
Futbol
- 26 yanvar, 2026
- 09:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Şalke 04" klubunun hücumçusu Edin Ceko Almaniya II Bundesliqasında "Kayzerslautern"lə keçirilən oyunda (2:2) fərqlənməklə turnir tarixinə ən yaşlı qol müəllifi kimi düşüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bosniyalı forvard bu nailiyyətə debüt matçında imza atıb.
Qol vurduğu anda 39 yaş, 10 ay və 8 günlüyündə olan E.Ceko Helmut Hallerin rekordunu yeniləyib. 1979-cu ilin fevralından bəri qüvvədə olan əvvəlki rekordçu təxminən üç ay daha gənc olub.
Qeyd edək ki, Edin Ceko "Şalke 04" klubuna azad agent statusu ilə keçib və cari mövsümün sonuna qədər Helzenkirhen təmsilçisinin formasını geyinəcək.
Son xəbərlər
02:33
Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Futbol
02:14
Norveçdə pensiya yaşı artırıla bilər
Digər ölkələr
01:44
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
Futbol
01:19
Azərbaycanın qadın basketbol millisi İslandiyaya məğlub olub
Komanda
01:10
Apple xidmətlərində yaranan nasazlığın səbəbini açıqlayıb
İKT
00:36
Günəşdə güclü alışma baş verib
Ekologiya
00:03
Foto
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib
Hadisə
23:54
MEE: ABŞ HHM sahəsində Səudiyyə Ərəbistanına kömək edəcək
Digər ölkələr
23:49
SEPAH: Hörmüz boğazında bir gündə üç gəmi partlayıb
Region