İspaniya "Real Madrid"inin azarkeşləri komandanın futbolçusu Eden Azarın İngiltərədə "Çelsi"yə 0:2 hesabı ilə uduzduqları yarımfinal mərhələsinin cavab görüşündən sonrakı davranışından qəzəbləniblər. "Report"un məlumatına görə, bununla bağlı "Daily Mail" "Əsl həqiqətdə "Real Madrid" onun vecinə deyil" başlıqlı yazı dərc edib.
Qarşılaşmanın ardından belçikalı hücumçu keçmiş komanda yoldaşları ilə gülüşərək zarafatlaşıb. Həmin an teleyayıma düşüb və "kral klubu" azarkeşlərində xeyli neqativ emosiya yaradıb.
Azar "Real Madrid"ə 2019-cu ilin yayında "Çelsi"dən 100 milyon avroya keçib.
Qeyd edək ki, "zadəganlar" İspaniya paytaxtında 1:1 hesablı heç-heçə etdikləri üçün iki oyunun yekununda "kral klubu"nu üstələyərək, finala yüksəliblər. Mayın 29-da Türkiyənin İstanbul şəhərindəki "Atatürk" Olimpiya Stadionunda keçiriləcək final oyununda "Çelsi" "Mançester Siti" ilə qarşılaşacaq.