Millimizin daha bir futbolçusu toplanışa qatılmayacaq

Millimizin daha bir futbolçusu toplanışa qatılmayacaq İspaniyanın “Albasete” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edə bilməyəcək.
Futbol
27 Avqust , 2020 15:40
Millimizin daha bir futbolçusu toplanışa qatılmayacaq

İspaniyanın “Albasete” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futbolçu millinin baş məşqçisi Canni De Byaziyə müraciət edib. 

28 yaşlı yarımmüdafiəçi bildirib ki, hazırda İspaniyada koronavirus pandemiyası ilə bağlı vəziyyət gərgindir. İsrafilov bu səbəbdən ölkəni tərk etdikdən sonra geri qayıdarkən minimum 2 dəfə müvafiq test verilməli olduğunu vurğulayıb. O, testlərin cavabının alınmasının qısamüddətli olmadığını bildirib.

Testlərin cavabını gözlədiyi müddətdə futbolçunun məşq etməsinə icazə verilməyəcək.

İsrafilovun qeyd olunan problemlə üzləşməməsi üçün Canni De Byazi onun millinin təlim-məşq toplanışında və UEFA Millətlər Liqasında Lüksemburq və Kipr millilərinə qarşı oyunlarda iştirak etməməsinə razılıq verib.

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Dmitri Nazarovun da eyni problemə görə hazırlıq prosesinə qatılmayacağı bəlli olub. Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi