Eddi İsrafilov komanda ilə məşqlərə başlayıb
Futbol
- 06 aprel, 2023
- 14:27
Azərbaycan millisinin düşərgəsində zədə alan "Neftçi"nin futbolçusu Eddi İsrafilov komanda ilə məşqlərə başlayıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Sumqayıt"a qarşı keçirəcəkləri Premyer Liqanın XXIX tur oyunu öncəsi kollektiv hazırlıqda iştirak edib. Bərpa dövrü keçən Ataa Caber isə fərdi məşqlə kifayətlənib.
"Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan məşqin ilk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olub. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra edilib.
Qeyd edək ki, aprelin 8-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu saat 20:00-da başlanacaq.
Son xəbərlər
14:37
"İnter Mayami" David Alaba ilə maraqlanır
Futbol14:21
Azərbaycan asfalt istehsalını 95 %-ə yaxın artırıb
Sənaye14:09
"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
İnfrastruktur14:04
Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib
Daxili siyasət14:02
İlham Əliyev neft sənayesi işçilərini təltif edib
Energetika13:49
Qarabağda antiterror əməliyyatı dövlətçilik tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub - RƏY
Daxili siyasət13:44
Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb, siyahıda Nəriman Axundzadə də yer alıb
Futbol13:42
İrakli Kobaxidze: Gürcüstanda 1600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib
Region13:33