ECA FIFA-nın dünya çempionatı ilə bağlı ideyasına qarşı çıxıb

ECA FIFA-nın dünya çempionatı ilə bağlı ideyasına qarşı çıxıb Avropa Klublar Assosiasiyası (ECA) FIFA-nın dünya çempionatını 2 ildən bir keçirmək planlarından narahatdır.
Futbol
24 Sentyabr , 2021 12:24
ECA FIFA-nın dünya çempionatı ilə bağlı ideyasına qarşı çıxıb

Avropa Klublar Assosiasiyası (ECA) FIFA-nın dünya çempionatını 2 ildən bir keçirmək planlarından narahatdır.

"Report"un məlumatına görə, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, ECA qitə futbol qurumunun ideyanı həyata keçirmək üçün apardığı piar kampaniyasını həyəcanla izləyir: "FIFA məqsədini gerçəkləşdirmək üçün beynəlxalq oyun təqvimində islahatlar aparmağa çalışır. Amma qurumun təklifi həm milli, həm də beynəlxalq miqyasda klub futboluna birbaşa və dağıdıcı təsir göstərəcək".

Xatırladaq ki, FIFA-nın qarşıdakı günlərdə dünya çempionatının 2 ildən bir təşkili ilə bağlı müzakirələrə başlayacağı gözlənilir. Daha əvvəl UEFA və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) bu ideyaya qarşı çıxıb.

Son xəbərlər

Orphus sistemi