Dünyanın yeni ən yaşlı futbolçusu qeydə alınıb - FOTO

Dünyanın yeni ən yaşlı futbolçusu qeydə alınıb - FOTO Misir Futbol Federasiyası (EFA) dünyanın ən yaşlı futbolçusunu qeydiyyata alıb.
Futbol
219
22 Yanvar , 2020 00:43
Dünyanın yeni ən yaşlı futbolçusu qeydə alınıb - FOTO

Misir Futbol Federasiyası (EFA) dünyanın ən yaşlı futbolçusunu qeydiyyata alıb.

“Report”un məlumatına görə, bu, 74 yaşlı İz Eldin Bahderdir. Bahder ölkə çempionatının səviyyəcə üçüncü divizionunda çıxış edən "6 oktyabr" klubu ilə müqavilə bağlayıb. Sözləşmənin təfərrüatları açıqlanmır.

Bahder Misirin futbol çevrələrində məşhur deyil və onun hər hansı digər peşəkar klubda çıxış təcrübəsi yoxdur. O və EFA Ginnesin Rekordlar Kitabının nümayəndələrini ən yaşlı peşəkar futbolçu statusunu təsdiqləmələrindən ötrü oyuna dəvət ediblər.

Qeyd edək ki, hazırda dünyanın ən qoca futbolçusu 52 yaşlı yaponiyalı Kaduesi Miuradır. Miura "Yokohama" klubunun formasını geyinir.

Son xəbərlər

Orphus sistemi