Dünyanın ən yaşlı futbolçusu yeni müqavilə imzalayıb

Dünyanın ən yaşlı futbolçusu yeni müqavilə imzalayıb Yaponiyanın "Yokohama" futbol komandasının hücumçusu Kasuyoşi Miura 2005-ci ildən formasını geyindiyi komandası ilə müqaviləni yeniləyib.
Futbol
710
12 Yanvar , 2022 02:56
Dünyanın ən yaşlı futbolçusu yeni müqavilə imzalayıb

Yaponiyanın "Yokohama" futbol komandasının hücumçusu Kasuyoşi Miura 2005-ci ildən formasını geyindiyi komandası ilə müqaviləni yeniləyib.

“Report” xəbər verir ki, bu barədə “The Japan Times” məlumat yayıb.

Bildirilir ki, 54 yaşlı futbolçu bir illik icarəyə götürüldüyü, dördüncü divizionda çıxış edən “Suzuka Poynt Qetters” klubunda çıxış edəcək.

Miura 2020-ci ilin sentyabrında “Kavasaki Frontale” ilə oyuna girib və peşəkar futbol matçının ən yaşlı iştirakçısı olub. Miura beş onillikdə - 35 mövsümdə oynamış yeganə peşəkar futbolçudur.

Miura Alaqoas (1987), Paranaense (1989), Yaponiya Futbol Liqasının Birinci Divizionunun çempionu (1990/91, 1991/92) və digər turnirlərin çempionu olub.

Son xəbərlər

Orphus sistemi