Dünyanın ən zəngin futbolçusunun yeni klubu bəlli olub

Dünyanın ən zəngin futbolçusunun yeni klubu bəlli olub Bruneyli futbolçu Faik Bolkiaxın yeni klubu bəlli olub.
Futbol
25 Dekabr , 2021 12:18
Dünyanın ən zəngin futbolçusunun yeni klubu bəlli olub
Faik Bolkiax

Bruneyli futbolçu Faik Bolkiaxın yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Tayland təmsilçisi "Çonburi"yə keçib.

KİV Bolkiaxı dünyanın ən zəngin futbolçusu hesab edir. O, Bruney sultanı Hassanal Bolkiaxın qardaşı oğludur. Ailənin ümumi sərvəti 20 milyard ABŞ dollarıdır. Bu, sonda məhz sözügedən futbolçuya miras qalacaq.

Yarımmüdafiəçi daha əvvəl İngiltərənin "Çelsi", "Lester" və "Sautgempton" klublarının aşağı yaş qruplarından ibarət komandalarında oynayıb.

Son xəbərlər

Orphus sistemi