Dünyanın ən titullu futbolçusu klubundan ayrılıb

Dünyanın ən titullu futbolçusu klubundan ayrılıb Braziliyalı futbolçu Daniel Alveş ölkəsinin "San-Paulu" komandasından ayrılıb.
Futbol
789
11 Sentyabr , 2021 09:56
Dünyanın ən titullu futbolçusu klubundan ayrılıb
Daniel Alveş

Braziliyalı futbolçu Daniel Alveş ölkəsinin "San-Paulu" komandasından ayrılıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçi məvacibi gecikdiyi üçün bu addımı atıb.

Klubla yeni müqavilə barəsində danışıqlardan imtina edən təcrübəli oyunçu özünə yeni komanda axtarmağa başlayıb.

Qeyd edək ki, karyerasına ölkəsinin "Baiya" klubunda başlayan Daniel Alveş dünyanın ən titullu futbolçusudur. O, müxtəlif komandaların heyətində ümumilikdə 46 titul qazanıb. Müdafiəçi İspaniyada "Sevilya", "Barselona", İtaliyada "Yuventus", Fransada isə PSJ komandalarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi