Futbol üzrə dünya çempionu qarət olunub

Futbol üzrə dünya çempionu qarət olunub ABŞ yığmasının heyətində dünya çempionluğunu qazanmış qadın futbolçu Elli Lonq Los-Ancelesdə qarət olunub.
Futbol
12 İyul , 2019 17:11
Futbol üzrə dünya çempionu qarət olunub

ABŞ yığmasının heyətində dünya çempionluğunu qazanmış qadın futbolçu Elli Lonq Los-Ancelesdə qarət olunub.

"Report"un məlumatına görə, hadisə otel otağında baş verib.

31 yaşlı yarımmüdafiəçinin nağd pulu, 15 min dollar məbləğində üzüyü, habelə Nyu-Yorkun fəxri açarı götürülüb. Həmin açar ona ABŞ millisi Fransada dünya çempionluğu qazandıqdan sonra təqdim olunmuşdu.

Polisdən bildirilib ki, qapının qırılma əlaməti aşkarlanmayıb. Bu səbəbdən, otel nömrəsinin qapısının oğurluq hadisəsi vaxtı açıq olduğu güman edilir. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Elli Lonq ABŞ millisində 2014-cü ildən çıxış edir. Bu komanda 2015-ci ildə Kanadada əldə etdiyi dünya çempionluğu titulunu Fransada da qoruyub. Nəticədə amerikalılar rekord sayda - dördüncü dəfə mundialın qalibi olublar. 

Son xəbərlər

Orphus sistemi