Dünya çempionu "Barselona"dan ayrılmaq istəyir

Dünya çempionu "Barselona"dan ayrılmaq istəyir Fransalı futbolçu Usman Dembele İspaniyanın "Barselona" klubundan ayrılmaq niyyətindədir.
Futbol
7 Dekabr , 2021 11:42
Dünya çempionu Barselonadan ayrılmaq istəyir

Fransalı futbolçu Usman Dembele İspaniyanın "Barselona" klubundan ayrılmaq niyyətindədir.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 24 yaşlı hücumçu karyerasını başqa komandada davam etdirməyi qərara alıb.

Daha əvvəl Kataloniya təmsilçisinin Dembeleyə yeni müqavilə təklif etmək istədiyi bəlli olub.

Qeyd edək ki, Usman Dembelenin klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. O, cari mövsüm 3 oyunda iştirak edib. Forvard 2018-ci ildə Fransa millisi ilə dünya çempionatının qalibi olub.

Son xəbərlər

Orphus sistemi