Dünya çempionu 32 yaşında karyerasını başa vurdu

Dünya çempionu 32 yaşında karyerasını başa vurdu Almaniya millisinin sabiq futbolçusu Benedikt Hövedes peşəkar karyerasını bitirib.
Futbol
804
31 İyul , 2020 16:02
Dünya çempionu 32 yaşında karyerasını başa vurdu
Benedikt Hövedes

Almaniya millisinin sabiq futbolçusu Benedikt Hövedes peşəkar karyerasını bitirib.

"Report"un məlumatına görə, bu barədə 32 yaşlı müdafiəçi "Spiegel" nəşrinə müsahibəsində deyib.

Yerli klublardan və ölkə xaricindən təkliflər aldığını bildirən təcrübəli oyunçu pulun onun üçün önəm daşımadığını söyləyib: "Başqalarının verəcəyi qərarlardan asılı olmaq istəmədim və belə bir qərar verdim. Pulun mənim üçün əhəmiyyəti yoxdur. Bahalı maşınlar və saatlar həyat tərzimə uyğun gəlmir. Mən kifayət qədər qazanmışam".

Qeyd edək ki, ölkəsində "Şalke", İtaliyada "Yuventus"un formasını geyinmiş Hövedes son olaraq Rusiya "Lokomotiv"ində (Moskva) çıxış edib. O, Almaniya yığmasının heyətində 2016-cı ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.