Dünya çempionatları tarixinə düşmüş baş məşqçi istefaya göndərilib

Dünya çempionatları tarixinə düşmüş baş məşqçi istefaya göndərilib Futbol üzrə Mərakeş yığmasının baş məşqçisi Vahid Halilhociç istefaya göndərilib.
Futbol
11 Avqust , 2022 09:56
Dünya çempionatları tarixinə düşmüş baş məşqçi istefaya göndərilib

Futbol üzrə Mərakeş yığmasının baş məşqçisi Vahid Halilhociç istefaya göndərilib.

"Report"un məlumatına görə, bosniya və herseqovinalı mütəxəssislə müqaviləyə rəsmən federasiya prezidenti Fuzi Lakca Tanzaniyadan qayıtdıqdan sonra xitam veriləcək. Lakca hazırda Afrika Futbol Konfederasiyasının iclasında iştirak edir.

Mərakeş millisi Halilhociçin rəhbərliyi altında 30 oyunun 20-dən qələbə, 7-dən heç-heçə, 3-dən məğlubiyyətlə ayrılıb. 70 yaşlı baş məşqçi əvvəllər Fransanın "Nant", PSJ, Türkiyənin "Trabzonspor" və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandalarında çalışıb. O, Əlcəzair, Yaponiya, Fil Dişi Sahili yığmalarına da rəhbərlik edib.

Qeyd edək ki, Vahid Halilhociç dörd fərqli ölkə yığmasına dünya çempionatlarına vəsiqə qazandırmış ilk baş məşqçidir.

Son xəbərlər

Orphus sistemi