Dünya çempionatında dava salan pilota ağır cəza verildi

Dünya çempionatında dava salan pilota ağır cəza verildi Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Tribunalı İtaliyanın Lonato şəhərində keçirilən kartinq üzrə dünya çempionatında baş vermiş kütləvi dava ilə bağlı qərarını açıqlayıb.
Futbol
20 Aprel , 2021 00:38
Dünya çempionatında dava salan pilota ağır cəza verildi

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Tribunalı İtaliyanın Lonato şəhərində keçirilən kartinq üzrə dünya çempionatında baş vermiş kütləvi dava ilə bağlı qərarını açıqlayıb.

"Report" "Autosport"a istinadən xəbər verir ki, münaqişəyə səbəb olan Luka Korberi 15 il müddətinə FIA-nın bayrağı altındakı yarışlardan kənarlaşdırılıb.

Sürücünün vəkili bildirib ki, artıq İtaliya hökuməti məsələ ilə bağlı sanksiya tətbiq etdiyindən, Korberiyə eyni əsaslarla əlavə cəza verilə bilməz. Həmçinin o, toqquşmadan sonra maşını yarışdan kənarda qalan piltoun həmin vaxt hirsli olduğunu vurğulayıb.

Qeyd edək ki, insident ötən ilin oktyabrında yaşanıb. Final yürüşünün gedişində Luka Korberi 15-ci yer uğrunda Paolo İppolito ilə mübarizə aparıb. Onların maşınlarının bir-birinə təması nəticəsində Korberi yarışdan kənarlaşıb. Bundan qəzəblənən idmançı növbəti dövrədə İppolitonu gözləyərək, onun maşınını vurub.

Finişin ardından Korberi qapalı parka keçərək, rəqibinə hücum edib və onu yumruqlayıb. Davada pilotun atası atası da yaxından iştirak edib. İtaliyalı sürücünün köməyinə daha bir neçə nəfər gəlib. Yalnız ciddi cəhdlərdən sonra onu və tərəfdarlarını sakitləşdirmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi