Dünya çempionatı: Azərbaycanlı referidən bir qırmızı, üç sarı vərəqə

Dünya çempionatı: Azərbaycanlı referidən bir qırmızı, üç sarı vərəqə Azərbaycanlı FIFA referisi İnqilab Məmmədov Rusiyanın paytaxtı Moskvada keçirilən çimərlik futbolu üzrə dünya çempionatının B qrupunun oyununu idarə edib.
Futbol
23 Avqust , 2021 19:17
Dünya çempionatı: Azərbaycanlı referidən bir qırmızı, üç sarı vərəqə

Azərbaycanlı FIFA referisi İnqilab Məmmədov Rusiyanın paytaxtı Moskvada keçirilən çimərlik futbolu üzrə dünya çempionatının B qrupunun oyununu idarə edib.

"Report"un məlumatına görə, o, Taiti və Mozambik yığmaları arasında III tur qarşılaşmasının baş hakimi olub. Ona iranlı İbrahim Əkbərpur və paraqvaylı Qustavo Dominges köməklik göstərib. Dördüncü hakim funksiyasını isə yaponiyalı Yuiçi Hatano yerinə yetirib.

Məmmədov Taitinin 8:7 hesabı ilə qalib gəldiyi matçda 3 futbolçuya sarı, birinə isə qırmızı vərəqə göstərib. Mozambik millisinin vingeri Manuel Nelsonu meydandan qovan referi onun komanda yoldaşları Fiqo və Dezi sarı vərəqə ilə cəzalandırıb. Taitinin heyətində isə Teaonyi Teo "sarı" alıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 6-ya çatdıran Taiti yığması İspaniya ilə birlikdə pley-offa yüksəlib.

Son xəbərlər

Orphus sistemi