Dünya çempionatı: Azərbaycanın futzal yığmasının rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycanın futzal yığmasının rəqibləri bəlli olub 2024-cü il dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılıb.
Futbol
7 İyul , 2022 15:50
Dünya çempionatı: Azərbaycanın futzal yığmasının rəqibləri bəlli olub

2024-cü il dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan milli komandasının da rəqibləri bəlli olub.

Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv Polşa və Yunanıstan yığmaları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq.

Seçmə mərhələnin matçları 2022-ci il 12 - 21 sentyabr, 3 - 12 oktyabr, 6 - 9 noyabr və 2023-cü il 27 fevral – 8 martda oynanılacaq.

Qeyd edək ki, əsas mərhələdə 36 komanda iştirak edəcək. Yığmalar hər birində 3 iştirakçı olmaqla 12 qrupa bölünəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra - 10 - 19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.

Son xəbərlər

Orphus sistemi