Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi bürünc medal qazanıb
Fərdi
- 09 oktyabr, 2021
- 16:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Norveçin paytaxtı Osloda dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Belarus təmsilçisi Maksim Kajarski ilə üz-üzə gəlib.
Rəqibinə 0:2 hesabı ilə qalib gələn Məmmədov bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər yarışı medalsız bitirib. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə edib.
Son xəbərlər
11:07
Peskov: Bizə atəşkəs yox, sülh lazımdır
Region
11:07
Foto
Azərbaycan mücrüləri Vaşinqtonda təqdim edilib
İncəsənət
11:03
Azərbaycanda yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq edilir
ASK
11:03
Avropa biznesi Azərbaycanı tranzit dəhlizlərinə təhlükəsiz alternativ kimi nəzərdən keçirir
İnfrastruktur
11:02
Ordubada qar yağıb - Faktiki hava
Ekologiya
10:58
Foto
XII Bakı Beynəlxalq Kitab Sərgisi açılıb
Mədəniyyət siyasəti
10:57
Qazaxıstanın 10 vətəndaşı Azərbaycanda ali təhsil alacaq
Xarici siyasət
10:55
Zəngəzur dəhlizinin alternativlərindən daha çox yük cəlb edəcəyi gözlənilir
İnfrastruktur
10:55
Avropa çempionatı: Azərbaycanın daha 7 boksçusu növbəti mərhələyə yüksəlib
Fərdi