Dubayda Bakıdakı Avropa Liqasının finalı ilə bağlı stend quraşdırılıb

Dubayda Bakıdakı Avropa Liqasının finalı ilə bağlı stend quraşdırılıb Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bürosu ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Ərəb Səyahət Bazarı” beynəlxalq sərgisində UEFA Avropa Liqasının finalı ilə də bağlı xüsusi stend quraşdırılıb.
Futbol
29 Aprel , 2019 17:49
Dubayda Bakıdakı Avropa Liqasının finalı ilə bağlı stend quraşdırılıb

Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bürosu ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Ərəb Səyahət Bazarı” beynəlxalq sərgisində UEFA Avropa Liqasının finalı ilə də bağlı xüsusi stend quraşdırılıb.

"Report" xəbər verir ki, stenddə Bakıda keçiriləcək həlledici qarşılaşma barədə digər məlumatlarla yanaşı, Avroliqanın rəsmi kuboku da nümayiş etdirilir.

Xatırladaq ki, UEFA Avropa Liqasının kuboku bu mövsüm ilk dəfə martın 3-də Bakıda final matçına həsr olunmuş şou xarakterli oyunda ictimiyyətə nümayiş olunub. Məşhur futbol ulduzlarının iştirakı ilə keçirilmiş matçdan əvvəl portuqaliyalı futbol ulduzu Deku kuboku Prezident İlham Əliyevə təqdim edib. Baş mükafat Bakıdan sonra İsveçrənin Cenevrə şəhərindəki tədbirdə sərgilənib.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa qədər kubok qitənin müxtəlif şəhərlərində tədbirlərdə nümayiş olunacaq və final qarşılaşması ərəfəsində yenidən Bakıya gətiriləcək.

Qeyd edək ki, hazırda kubokun sərgiləndiyi “Ərəb Səyahət Bazarı” sərgisi mayın 1-dək fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi