Draqan Stoykoviç: "Azərbaycan səddini keçməliyik"

Draqan Stoykoviç: "Azərbaycan səddini keçməliyik" "Hər iki oyun finala vəsiqə qazanmaq üçün keçməli olduğumuz səddir. Final deyəndə Portuqaliya ilə sonuncu qarşılaşmanı nəzərdə tuturam"
Futbol
1 Oktyabr , 2021 14:22
Draqan Stoykoviç: Azərbaycan səddini keçməliyik
Draqan Stoykoviç

"Hər iki oyun finala vəsiqə qazanmaq üçün keçməli olduğumuz səddir. Final deyəndə Portuqaliya ilə sonuncu qarşılaşmanı nəzərdə tuturam".

"Report"un məlumatına görə, bu fikirləri Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunlarından əvvəl mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis bildirib ki, nəticə və qrupdakı vəziyyətdən asılı olmayaraq, noyabrda Lissabona qələbə üçün gedəcəklər: "Qarşıdakı görüşlərdə diqqətli olmalıyıq. Matçlara hazırlaşarkən bütün detallara diqqət edirik".

Qeyd edək ki, sentyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya yığması 3 gün sonra Azərbaycan millisini qəbul edəcək. Hazırda Serbiya A qrupunda 11 xalla ikinci, Portuqaliya ilə 13 xalla birinci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi