Dövlət qurumları arasında minifutbol turnirinin mükafatlandırma mərasimi keçirilib

Futbol
  • 06 may, 2025
  • 18:45
Dövlət qurumları arasında minifutbol turnirinin mükafatlandırma mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin mükafatlandırma mərasimi keçirilib.

"Report" xəbər verir ki, turnirin qalibi Ədliyyə Nazirliyinin komandasına qızıl, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçisinə gümüş, Daxili İşlər Nazirliyinin kollektivinə isə bürünc medallar təqdim olunub.

Həmçinin turnirin ən yaxşı oyunçusu, ən yaxşı qapıçısı və bombardirinə xüsusi mükafatlar təqdim olunub.

Mükafatları Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəhbəri Elnur Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib.

Qeyd edək ki, Bakı Tennis Akademiyasında baş tutan həlledici matçda Ədliyyə Nazirliyinin komandası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivini 3:0 hesabı ilə məğlub edib. Daxili İşlər Nazirliyinin komandası isə üçüncü olub.

Son xəbərlər

Bütün Xəbər Lenti