Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" klubu Almaniyanın II Bundesliqasında 2020/2021 mövsümünə qələbə ilə start verib.
"Report"un məlumatına görə, Aue təmsilçisi ilk turda səfərdə "Vürtsburger Kikers" komandasını 3:0 hesabı ilə məğlub edib.
Qonaqların heyətində qolları Con-Patrik Ştraus (60-cı dəqiqə), Paskal Testroet (63) və Tom Baumqart (90) vurublar.
Matça start heyətində başlayan Nazarov 75-ci dəqiqədə əvəzlənib.