"Dinamo" Mirça Luçesku ilə sözləşmənin müddətini artırdı

"Dinamo" Mirça Luçesku ilə sözləşmənin müddətini artırdı Luçesku 2020/2021 mövsümünün əvvəlində baş məşqçi təyin olunub
Futbol
106
2 İyun , 2021 14:26
Dinamo Mirça Luçesku ilə sözləşmənin müddətini artırdı
Mirça Luçesku

Ukraynanın "Dinamo" (Kiyev) klubu baş məşqçisi Mirça Luçesku ilə müqavilənin müddətini uzadıb.

"Report" Kiyev təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 76 yaşlı mütəxəssisin yeni sözləşməsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, O, 2020/2021 mövsümünün əvvəlində baş məşqçi təyin olunub.

Komanda rumıniyalı baş məşqçinin rəhbərliyi altında ölkə çempionatını və kubokunu qazanıb, Avropa Liqasında isə 1/8 final mərhələsinə kimi yüksələ bilib.

Son xəbərlər

Orphus sistemi