Didye Droqba karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Didye Droqba karyerasını bitirəcəyi vaxtı açıqlayıb Futbolçu artıq dayanmaq vaxtının gəldiyini bildirib
Futbol
14 Noyabr , 2017 08:42
Didye Droqba karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Amerikanın "Phoenix Rising" klubunda çıxış edən afrikalı futbolçu Didye Droqba karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

“Report” "L’Equipex" nəşrinə istinadən xəbər verir ki, İngiltərənin "Çelsi" klubunun keçmiş hücumçusu 2018-ci ildə futbol ilə vidalaşacağını bildirib.

Fildişi Sahili yığmasının futbolçusu qeyd edib ki, artıq dayanmaq vaxtı gəlib.

O, "Marsel" və "Çelsi" klublarında çıxışları ilə yadda qalıb. Droqba London klubunun heyətində keçirdiyi 381 oyuna 163 qol vurub.

Son xəbərlər

Orphus sistemi