Dibala ictimaiyyətin diqqətini Amazon meşələrindəki yanğınlara yönəldib

Dibala ictimaiyyətin diqqətini Amazon meşələrindəki yanğınlara yönəldib İtaliyanın Yuventus klubunun argentinalı forvardı Paulo Dibala Amazon meşələrində tüğyan edən yanğınlardan narahatçılığını ifadə edib.
Futbol
22 Avqust , 2019 22:55
Dibala ictimaiyyətin diqqətini Amazon meşələrindəki yanğınlara yönəldib

İtaliyanın "Yuventus" klubunun argentinalı forvardı Paulo Dibala Amazon meşələrində tüğyan edən yanğınlardan narahatçılığını ifadə edib.

“Report” xəbər verir ki, o, bu barədə öz "İnstagram" səhifəsində yazıb.

"Amazoniya yanır. Amazoniya təkcə Cənubi Amerika deyil, o, hamımıza aiddir. Onun meşələri Yerin ciyərləridir, planetimizə 20% oksigen verir. Amazoniya bütün dünyanın meşəsidir və hazırda bizim gələcəyimiz yanır. Amazoniya bütün bunlara layiq deyil, Yer bütün bunlara layiq deyil. Siz bir şey etməlisiniz", - deyə Dibala insan ciyərlərinin əks olunduğu foto paylaşaraq, altından bunları yazıb.

Son xəbərlər

Orphus sistemi