Devis Manca: "Azərbaycan millisindəki futbolçuların Avropa təcrübəsi böyükdür"

Devis Manca: "Azərbaycan millisindəki futbolçuların Avropa təcrübəsi böyükdür" Martın 25-də keçiriləcək Malta - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq
Futbol
24 Mart , 2022 19:26
Devis Manca: Azərbaycan millisindəki futbolçuların Avropa təcrübəsi böyükdür

"Azərbaycan millisinin çox oyunçusu beynəlxalq səviyyədə çıxış edir və onların Avropa təcrübəsi daha böyükdür".

"Report"un məlumatına görə, bunu Malta millisinin baş məşqçisi Devis Manca Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Maltanı Azərbaycan seçməsi ilə müqayisə etmək olmaz: "Qarşıdakı görüşlər bəzi şeyləri sınamaq, oyunçulara oyun praktikası vermək və onlar haqqında məlumat almaq üçün platforma rolunu oynayacaq".

Manca yarımmüdafiəçi Keyn Attardın zədə səbəbindən matçı buraxacağını açıqlayıb. "Yerli çempionatda 20-dən çox oyun keçirdikdən sonra futbolçuların fiziki durumlarının daha yaxşı olacağını gözləyirdim. Amma legionerlər həm fiziki, həm də qidalanma baxımından daha yaxşı olduqlarını göstəriblər".

Qeyd edək ki, martın 25-də keçiriləcək Malta - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi