Bakı. 9 noyabr. REPORT.AZ/ Keçmiş ingilis futbolçu Devid Bekhemin oğlu Bruklin Bekhem Londonun "Arsenal" klubu ilə müqavilə bağlayıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Britaniyanın "DailyStar" nəşri yazıb.
15 yaşlı futbolçu ilə müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.
Lakin "topçular" Bruklinə bu müddət ərzində özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə uzunmüddətli müqavilə təklif edə bilərlər.