Devid Bekhem Kriştianu Ronaldunu komandasına cəlb etmək istəyir

Devid Bekhem Kriştianu Ronaldunu komandasına cəlb etmək istəyir Bakı. 8 sentyabr. REPORT.AZ/ İngiltərə milli komandasının sabiq futbolçusu Devid Bekhem İtaliya Yuventusunun hücumçusu Kriştianu Ronaldunu öz komandasında görmək istəyir.
Futbol
8 Sentyabr , 2018 10:23
Devid Bekhem Kriştianu Ronaldunu komandasına cəlb etmək istəyir

Bakı. 8 sentyabr. REPORT.AZ/ İngiltərə milli komandasının sabiq futbolçusu Devid Bekhem İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldunu öz komandasında görmək istəyir. 

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, Bekhem 2020-ci ildə 33 yaşlı futbolçunu sahibi olduğu "İnter Mayami" klubuna cəlb etmək üçün çalışacaq. 

Qeyd edək ki, yeni yaradılan "İnter Mayami" klubu ABŞ və Kanadanın ən yüksək liqası sayılan MLS-də mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi