Deputat veteran futbolçunun giley-güzarına münasibət bildirdi

Deputat veteran futbolçunun giley-güzarına münasibət bildirdi "Rövşən Əhmədov mənə bir neçə dəfə müraciət edib"
Futbol
31 Mart , 2021 17:44
Deputat veteran futbolçunun giley-güzarına münasibət bildirdi
Rövşən Əhmədov

Milli Məclisin Gəncəni təmsil edən deputatı Müşfiq Cəfərov "Kəpəz" klubunun keçmiş futbolçusu Rövşən Əhmədovun ona işlə bağlı kömək etmədiyinə dair açıqlamasına münasibət bildirib.

M.Cəfərov "Report"un Qərb mərkəzinə açıqlamasında hələ bir il əvvəl R.Əhmədovla bağlı vəziyyəti öyrənən kimi bu işlə məşğul olmağa başladığını söyləyib. O, öz səlahiyyətləri daxilində bir neçə yerə yazılı və şifahi müraciətlər etdiyini deyib.

İşlə bağlı müraciət pandemiya dövrünə təsadüf etdiyindən deputat müsbət cavab ala bilmədiyini diqqətə çatdırıb: "Rövşən Əhmədov mənə bir neçə dəfə müraciət edib. Sosial məsələlər barədə etdiyi mücariətlərə biganə qalmayaraq və durumunu nəzərə alaraq, hər dəfə əlimdən gələni etmişəm. Keçmiş futbolçu ilə bağlı “Kəpəz”ə, Gəncədə fəaliyyət göstərən iki idman məktəbinə, RİİB-ə Rövşən Əhmədovun idman fəaliyyətinə dəstək verilməsi üçün rəsmi məktubla müraciət ünvanlamışam. Həmçinin Əhmədovun vəziyyəti haqqında AFFA qarşısında məsələ qaldırmışdım. Futbol qurumundan müsbət cavab gəldi və onu kursa göndərdilər. Buna görə çox sevindik. Ancaq pandemiya ilə bağlı mövcud vəziyyət Əhmədovun tezliklə işlə təmin olunmasına imkan vermədi".

Qeyd edək ki, Rövşən Əhmədov AFFA-nın dəstəyi ilə "Turan Tovuz" Futbol Akademiyasında C kateqoriyalı məşqçi lisenziyası alıb.

Son xəbərlər

Orphus sistemi