Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçiriləcək

Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçiriləcək Bakı. 11 iyun. REPORT.AZ/ İyunun 12-də Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçiriləcək.
Futbol
11 İyun , 2018 20:22
Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçiriləcək

Bakı. 11 iyun. REPORT.AZ/ İyunun 12-də Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçiriləcək.

"Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, tədbir IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirin məqsədi gənclərin mənəvi və fiziki baxımdan sağlam yetişdirilməsi, sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, həmçinin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirilmənin artırılması və ölkəmizdə aparılan idman siyasətinə dəstək olmaqdır.

Son xəbərlər

Orphus sistemi