"Bursaspor"un futbolçusu Azərbaycan milli komandasına çağırılmasından danışıb

"Bursaspor"un futbolçusu Azərbaycan milli komandasına çağırılmasından danışıb "Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq"
Futbol
7 Noyabr , 2016 09:26
Bursasporun futbolçusu Azərbaycan milli komandasına çağırılmasından danışıb

Bakı. 7 noyabr. REPORT.AZ/ "Mənə Türkiyə yığmasında çıxış etmək qismət olmadı. Artıq yeni bir həyəcana başlayıram". 

"Report"un məlumatına görə, bunu Türkiyənin "Bursaspor" klubundan Azərbaycan millisi komandasına çağırılan futbolçu Dəniz Yılmaz bildirib. O deyib ki, bu dəvətlə əlaqədar tam həyəcanlı deyil: "Əlbəttə, Türkiyə yığmasına çağırıldığım kimi 100 faiz həyəcan hiss etmirəm. Amma çox sevinirəm. Yeni bir ab-havaya girirəm. Çox xoşbəxtəm, Azərbaycan millisində olmağı həyəcanla gözləyirəm. Artıq bütün diqqətimi bu ölkənin əsas komandasına yönəldirəm. Əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq".

Qeyd edək ki, Dəniz Yılmaz Azərbaycan millisinin noyabrın 11-də Belfastda Şimali İrlandiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına dəvət alıb. 

Son xəbərlər

Orphus sistemi