​Demba Ba "Beşiktaş"ın tarixinə düşüb

​Demba Ba "Beşiktaş"ın tarixinə düşüb O, "Beşiktaş"ın ən çox qol vuran legioner futbolçusu adına sahib çıxıb
Futbol
1106
16 Mart , 2015 11:10
​Demba Ba Beşiktaşın tarixinə düşüb

Bakı. 16 mart. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Demba Ba adını tarixə yazdırıb. "Report"un məlumatına görə, seneqallı hücumçu buna Super Liqanın XXIV turunda "Ərciyəsspor"la keçirilən oyunda nail olub.

Matçın 34-cü dəqiqəsində rəqib qapısına penaltidən yol tapan Ba 24-cü qoluna imza atıb və "Beşiktaş"ın bir mövsümdə ən çox qol vuran legioner futbolçusu adına sahib çıxıb.

Qeyd edək ki, Demba Baya qədər bu ad 23 qolla Paskal Numaya məxsus idi.

Son xəbərlər

Orphus sistemi